Ölkə

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, “Xarxatan” və “Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi ) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button