Uncategorized
Sabah Laçının Zabux kəndinə ilk köç olacaq
Sabah Laçının Zabux kəndinə ilk köç olacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin Zabuxa köçü nəzərdə tutulub.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3″də məktəbin qarşısında olacaq.
Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Milli.Az