Ölkə

Sabirabad sakininin evindən silah-sursat tapıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Surra kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş Seyidnəsir Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd qələm tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı, 1 ədəd süngü-bıçaq və 71 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button