Ölkə

Şabranda dəhşətli hadisə: xeyli yaralı var

Şabranda “Vaz 2106” və “Nissan X-Trail” markalı avtomobillər toqquşub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Pirəbədil kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri və üç sərnişin xəsarət alıb. Hadisə zamanı “Vaz 2106″da olan üç nəfərin vəziyyəti ağır olduğu üçün onlardan biri Bakıda, ikisi Sumqayıtda yerləşən xəstəxanaya yerləşdirilib.

Digər avtomobildə olan iki sərnişin nisbətən yüngül xəsarətlə Şabran Rayon Xəstəxanasında saxlanılıb.

“Report”un məlumatına görə qəzaya düşənlər “Şabran Hotel”in əməkdaşlarıdır. Hotel qəza baş verən kənddə yerləşir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button