Ölkə
Şadlıq sarayından çıxırdı – xəstəxanalıq oldu
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza Mikayıl Əliyev küçəsində baş verib.
1985-ci il təvəllüdlü Babayev Sadiq Şakir oğlu şadlıq sarayından çıxaraq yolun əks tərəfinə keçmək istəyərkən onu nəqliyyat vasitəsi vurub.
Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun