Ölkə
Safura qızına ad günü etdi – VİDEO

“Avroviziya” təmsilçilərimizdən olan Safura Əliyevanın qızı Aişənin ad günü olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni övladının ad günü məclisindən görüntüləri sosial şəbəkədə paylaşıb. O, övladının özəl gününü onun təhsil aldığı məktəbdə qeyd etdiklərini vurğulayıb.
“Ad günün mübarək, mənim hər şeyim. Biz səni çox sevirik” deyə, sənətçi paylaşımında yazıb.
Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var. Onlar Türkiyədə yaşayırlar.
Milli.Az