Sağalması üçün 130 min dollara ehtiyacı var
Meyxanaçı Oqtay Kamil həmkarı Xəyyam Əhmədlinin səhhətindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda “Elgizlə izlə” proqramında söz açıb. O bildirib ki, meyxanaçının müalicəsi üçün külli miqdarda pul lazımdır:
“Onun ürəyinin yenidən əməliyyat olunmasına icazə verilmir. Ritmi normal deyil. Qarnına su yığılır, çəkilməlidir. Ondan sonra bəlkə əməliyyat ola bilər. Burada ürək aparatı deyilən bir şey kömək edə bilər. 130 min dollardır, Almaniyada istehsal olunur. Həmin aparatı istehsal edən şirkət gəlib quraşdırır gedir. Müraciət etmək istəyirik ki, kiminsə gücü çatarsa, bunu etsin”.
Oqtay əlavə edib ki, pul yığmaq üçün aksiya edəcəklər.
Qeyd edək ki, meyxanaçı Xəyyam bir müddət əvvəl ürək şikayətləri ilə təcili xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. O, 2018-ci ildə ürəyindən anju olunub.
Milli.Az