Ölkə

Şağanda baş verən qətlin səbəbi ortaya çıxdı

Şağan qəsəbəsində baş verən qətlin detalları məlum olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, iddiaya əsasən, qətlə səbəb gənc oğlanın qız qaçırtması, qızın da qardaşının oğlanın atasını güllələməsidir.

Qətlə yetirilən Cavanşir Abdullayevin qardaşı bildirib ki, hadisə onun yanında baş verib.

Cinayət “Revolver” tipli tapança ilə törədilib.

Araşdırma nəticəsində məlum olub ki, 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button