Ölkə

Sahib İbrahimovdan Bəturəyə CAVAB: “Pulunu mən ödəmişəm”

Xəbər verdiyimiz kimi Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova keçmiş duet ortağı Sahib İbrahimovu sərt tənqid edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, onlar arasındakı qalmaqal “Sənin xətrinə” mahnısı üstündə yaranıb. Bəturə Sahibi mahnını başqa müğənnilərlə və tək halda oxumaqda ittiham edərək, onun haqqında xoş olmayan ifadələr işlədib.

Lent.az-a məsələ ilə bağlı açıqlama verən Sahib  İbrahimov Bəturənin düz danışmadığını söyləyib:

“Bu mahnını mən yazdırmışam, pulunu mən ödəmişəm. Amma söz vermişəm ki, daha oxumayacağam. Xalq bu gözəl əsəri sevirsə, fanoqram oxudursa mən nə edə bilərəm? Biz bir dəfə Bəturə ilə Zaur Kamalın verilişinə çıxdıq, o bu mahnını tək oxudu, mən imtina etdim. Bu yaxınlarda Zaurun efirində onun israrı ilə bir bənd məcbur oxumuşam, Şəbnəm də akapella  kimi müşaiyət edib. O ki, qaldı mənim digər duet ortağımla aramın dəyməsinə. Söhbət Əməkdar artist, gözəl müğənnimiz Almaz Orucovadan gedir. Almaz xanımla biz dostuq, bu günkü gündə də birlikdə el şənliklərinə gedirik. Necə yəni aramız dəyib? Hər şeyi görən Allah var. O həqiqəti bilir. Bəturə nə danışır danışsın”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button