Ölkə

Sahil Babayev DOST-la bağlı əsas hədəflərini açıqladı

Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri ilə əhatə etmək əsas hədəflərdəndir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Bu gün bu xidmətlərlə 50% əhali təmin edilir. Mərkəzlərin sayı azdır. Məqsədimiz bütün regionlarda mərkəzlərin sayını artırmaqdır. Mərkəzin xidmətlərindən istifadə edənlərin məmnunluq səviyyəsi də olduqca yüksəkdir. Bu gün DOST modelinin üzərində iş aparılır. Yaxın gələcəkdə DOST konsepsiyası daha yaxşı tanınma əldə edəcək”,- deyə nazir bildirib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button