Ölkə

Sahil Babayevdən pensiya barədə açıqlama

Azərbaycanda effektiv pensiya yaşı 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,bunu parlamentdə “Heydər Əliyev-100: müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir həmçinin 20 ildə pensiya artımlarına da diqqət çəkib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunub.

”Ünvanlı sosial yardım və özünə məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar”,- komitə sədri vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button