Ölkə

Şahnaz Haşımovanın səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, sənətkarın sağlamlıq vəziyyətinin hazırda necə olması haqda məlumat əldə etmək üçün bizim.media-nın əməkdaşı Şahnaz xanımla əlaqə saxlayıb.

Xalq artistinin nəvəsi bildirib ki, o, hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir:

“Şahnaz xanım mütəmadi olaraq həkim nəzarətindədir. Müalicələri davam edir. Səhhəti ilə bağlı ciddi təhlükə yoxdur. İki gün sonra yenidən müayinələrdən keçəcək. Əgər həkim icazə versə o, xəstəxanadan buraxılacaq. Müalicəsini isə Kardioloji Sanatoriyada davam etdirəcək”.

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button