İdman

“Şahruddin faciəvi səhvlərlə 3 qol hədiyyə etdi”

Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Rakuv” – “Qarabağ” (2:3) matçında və komandaların növbəti oyundakı şanslarından danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, o, Azərbaycan təmsilçisini favorit saysa da, ağdamlıların qapı xəttindəki problemlərindən söz açıb:

“Qarabağ”da çatışmazlıqlar çoxdur. “Rakuv” evdə yaxşı oynadı, amma iki qol buraxdı. Bu da rəqibə növbəti qol imkanları üçün şərait yaratdı. Qazanılan qələbəyə baxmayaraq iqlimi və rəqibin gücünü, özünəinamını nəzərə alsaq, onlar favoritrdir. “Qarabağ”ın qapı xəttndə problem var və ən zəif nöqtədir. Şahruddin Məhəmmədəliyev faciəvi səhvlər ilə “Rakuv”a 3 qol hədiyyə etdi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Rakuv”la keçirilən ilk görüşdə səhvləri ilə yadd qalıb. Komandalar arasında cavab oyunu avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button