Ölkə

Şahzadə 3 gün toy etdi

Kral vəzifəsini tərk edərək öz yolunu cızmış Norveç Şahzadəsi Martanın 3 gün 3 gecəlik toyu həftəyə damğasını vurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Şahzadə Martanın amerikalı şaman iş adamı kimi tanınan Durek Verret ilə toyu cümə axşamı başlayıb.

Yüzlərlə qonaq Norveçin qərbindəki Alesund şəhərindəki tarixi otelə toplaşıb. Onlar dəniz yolu ilə mənzərəli Geiranger şəhərinə gediblər.

Vəliəhd Şahzadə Hokonun böyük bacısı, 52 yaşlı Marta Luiza və 49 yaşlı Verret üçün keçirilən toy əyləncəsinin ikinci günü Geiranger qəsəbəsində Latın Amerikası mövzulu toy öncəsi məclislə başa çatıb.

Cütlük bu gün evlənir. Norveç mətbuatı xəbər verir ki, qonaqlardan şənlik zamanı mobil telefon və ya kameradan istifadə etməmək, sosial şəbəkələrdə heç bir şey yazmamaq tələb olunub.

2022-ci ildə nişanlanan qonaqlardan cütlüyün geyim istəyi də diqqət çəkib. Onlar sırf ziyafət geyimindən istifadə etməyi istəyiblər. 

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button