Mədəniyyət

Salam Beynəlxalq Yeniyetmə Film Festivalı – üçüncü gün

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının üçüncü günündə “Exodus” (2022, İsveç, rejissor: Abbe Hassan) və “Goji Berries” (2022, Serbia, rejissor: Sreten Jovanovic) filmləri iştirakçılara nümayiş etdirildi. Nümayişdən sonra yeniyetmələr çox maraqlı müzakirələr etdilər. Bundan başqa, iştirakçılar rəssam Leyla Qabulova tərəfindən keçirilən set dizayn seminarında film istehsalında quruluşçu rəssamın fəaliyyəti haqqında məlumat aldılar və bu mövzuda fikir mübadiləsi apardılar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yuxarıda adı çəkilən proqramdan sonra yeniyetmələr kinomarafona təqdim ediləcək filmlərin çəkilişlərini davam etdirdilər.

Xaricdən gələn festival iştirakçıları üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Qonaqlar xoş təəssüratlarla və xatirələrlə Mərkəzdən ayrıldılar.

“Nərimanfilm” kinostudiyası “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin “PAŞA Holdinq”in baş sponsorluğu ilə keçirir.

Kinostudiya tərəfindən 2-5 sentyabr 2019-cu il tarixlərində keçirilən birinci “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı çox böyük müvəffəqiyyətlə baş tutmuşdu. Müxtəlif ölkələrin filmlərinin nümayişi, rejissor və aktyorlarla görüşlərin keçirilməsi, filmlərin müzakirə olunması, eləcə də, Festival ərzində yeniyetmələr tərəfindən çəkilmiş qısa video çarxların ekranda nümayiş etdirilməsi  qonaqlarda və iştirakçılarda xoş təəssürat yaratmış, tədbirdə iştirak edən 300-ə yaxın yeniyetmənin hər biri həmin dörd günü məmnunluq hissi ilə keçirmişdi. Bir sözlə, 11 ölkənin (Almaniya, İtaliya, Makedoniya, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, Xorvatiya, Hindistan, Pakistan və Azərbaycan) nümayəndələrini öz sıralarında birləşdirən Festival cəmiyyətimizin mədəni həyatında özünəməxsus yer tutmağa nail olmuş,  həm Azərbaycanda, həm də digər ölkələrdə müsbət əks-səda doğurmuşdu. Bunun nəticəsi olaraq, ikinci “Salam” BYFF-da iştirak üçün “Narimanfilm”-ə həm Bakı və regionların məktəblərindən, həm də xarici ölkələrdən müraciətlər gəlməkdədir.

Qeyd etmək istəyirik ki, “Salam” BYFF – nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gənclliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır .

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button