Ölkə

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyan rayonunda ağır yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın report.az-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri – Həşimzadə Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı, Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button