Ölkə

Sarayda döyüşə yararlı silah-sursatlar aşkarlandı

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hərbi sursatlar aşkar edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd PM 9 mm-lik Makarov tipli tapança, 16 mm-lik 2 ədəd ov tüfəngi, 4 ədəd F-1 əl qumbarası, 7 ədəd RQD5 əl qumbarası, 10 ədəd UZRQM2 partladıcısı, 69 ədəd 7×62 mm-lik kiçik çaplı mərmi, 17 ədəd 9×19 mm-lik kiçik çaplı mərmi, 9 ədəd OQ-7V silahdan atılan qəlpəli qumbara və 11 ədəd OQ-7PM qumbaranın barıt yükü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button