Siyasət

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan ilə danışıqların bəzi detallarını açıqlayıb

Biz Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edəcək mümkün konkret addımları da müzakirə etdik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, üçtərəfli görüş əsnasında sərhədlərin delimitasiyasi məsələsi, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərksilah edilməsi, son olaraq da qaçaqmalçılıq faktları ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ üçün nəzərdə tutulan humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perespektivi müzakirə olunub, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan qanunları, Azərbaycan konstitutsiyası altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yaşaması məsələləri müzakirə olunub, eyni zamanda Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də danışılqar zamanı müzakirə olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button