Ölkə

Saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verildi

Daşkəsən Rayon İcra Hakimiyyətinin korrupsiyaya görə saxlanılan vəzifəli şəxsi məhkəməyə çıxarılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Daşkəsən Rayon İcra  Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov barəsində qətimkan tədbiri seçilməsini tələb edib.

Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, E.Məmmədov haqda vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla İcra Hakimiyyətinin ümumi şöbəsinin işçisi Yaqub Bayramov da saxlanılmışdı. Y.Bayramovdan izahat alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Elman Məmmədov Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin yaxın kadrlarından biri kimi tanınır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button