Ölkə
Seçki bülletenlərinin sayı açıqlandı
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 516 567 ədəd seçki bülleteni çap ediləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
O vurğulayıb ki, seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun