Ölkə

Seçkilərin dinc və təhlükəsiz başa çatması bizi çox sevindirir

Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən, işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “X” sosial media hesabındakı paylaşımında bildirilib.

“Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri üzrə səsvermə prosesi 1 sentyabr saat 19:00-da başa çatıb. Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 37,27 faiz təşkil edib. Sayılmış bülletenlərin sayı 2196771 olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button