Ölkə

Sentyabrın 2-də Azərbaycan Müəllim İnkişafı Mərkəzi müəllimlərin peşəkar inkişafına dair yeni layihəyə start verdi – VİDEO

Azərbaycan Müəllim İnkişafı Mərkəzi təhsil mütəxəssislərinin peşəkar inkişafı təsisatı olaraq, Azərbaycan Respublikasının Təhsil Institutu ilə birlikdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihələri çərçivəsində müəllimlərin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlərini davam etdirməkdədir.  

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sentyabrın 2-də başlayan təlim, “Tədris planlarının işlənilməsi” mövzusuna həsr edilmişdir və Bakı, Abşeron-Xızı, Şəki-Zaqatala və Quba-Xaçmaz rayonlarında ümumilikdə 1800 müəllimi əhatə edəcəkdir. 

Təlim sentyabr və oktyabr aylarında həyata keçiriləcək və Avropa Azərbaycan Məktəbinin 27 peşəkar təlimçisi tərəfindən aparılacaqdır.

Təlimçilərin hər biri Avropa Azərbaycan Məktəbinin tərəfindən təşkil olunan və məktəbin müəllim heyətinin pedaqoji bacarıqlarının artırılmasına yönələn müxtəlif təlim proqramlarında iştirak etməklə bərabər, bütün lazımı bilik və bacarıqlar əldə etmişər. 

Təlimin sonunda bütün iştirakçılar Azərbaycan Respublikası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən qiymətləndirilərək müvafiq sertifikatlarla təltif olunacaqlar.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button