Ölkə

Separatçılar Ağdam – Xankəndi yolunu bağladı

Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yükünün Xankəndinə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran yaxınlığında etiraz aksiyası keçirirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlar faktiki olaraq yolu bloklayıblar.

Guya Xankəndində “humanitar fəlakət” yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button