Ölkə

Separatçılar arasında silahlı toqquşma – Əsgəran yaxınlığında…

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silahlı erməni separatçılar arasında bu gecə toqquşma olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Silahlı insident sabiq Ağdərə rayonunun mərkəzində yaşanıb.

Qarabağlı erməni separatçılarının “10-cu Müdafiə Xətti” adlandırdıqları və qərargahı Təpəkənddə yerləşən “Yexnikner” (“Marallar”) dəstəsinin komandiri Karen Calavyanın müavini Aram Serobyana 2 atəş açılıb.

A.Serobyanın vəziyyətinin ağır olduğu bildirilir.

Atışmada A.Serobyanın sürücüsü və hücum edən şəxslərdən iki nəfər ağır yaralanıb.

İlkin məlumatlara görə, hücum edənlərin Əsgəran yaxınlığındakı silahlı dəstənin mənsubları olduğu bildirilir.

Həmin dəstə Xankəndindəki xuntanın yeni rəhbəri Samvel Şahmalyanı dəstəkləyir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button