Uncategorized

Separatçılar geri çəkiləcək: Ağdam-Xankəndi yolu işə düşəcək

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası qaçılmazdır. Prosesi labüd edən sadəcə, rəsmi Bakının mövqeyit yox, həm də regiondakı situasiya, geosiyasi reallıqlar və ən başlıcası, ermənilərin özləridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İlk baxışdan paradoksal görünə bilər: Ermənistanın baş naziri Nikol Paşinyan, onun komandası, İrəvandakı siyasi isteblişment, erməni diasporu və qarabağlı erməni separatçılarının liderləri reinteqrasiyada maraqlı deyillər. Daha dəqiq olsaq, onlar ərazi iddialarından, şovinizmdən, revanşizmdən və 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərini yenidən işğal etmək niyyətindən əl çəkməyiblər.

Xankəndindəki terrorçu xunta, erməni separtizmini dolayı yolla dəstəkləyən bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər və xüsusilə də Ermənistana hamilik edən ölkələrin ali qanunverici strukturlarında təmsil olunaraq kokuslarla lobbi qrupları formalaşdıran parlamentarlar Cənubi Qafqazda gərginliyin səngiməsində maraqlı deyillər.

Onlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasını, Zəngəzur dəhlizi layihəsinin reallaşmasını və bölgədə sülhlə stabilliyin bərqərar olmasını istəmir, bütün bunlara var qüvvələri ilə maneələr yaradırlar.

Rəsmi Bakı isə stabilliklə sülh arayışındadır.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan hakimiyyəti ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş Bərdədə baş tuta bilər.

Görüşün yaxın günlərdə Bərdədə baş tutacağı gözlənilir. Danışıqların əsas mövzusu Ağdam-Xankəndi marşrutunun açılmasıdır.

Məhz bu məsələ Xankəndindəki separatçı xuntada kəskin qarşıdurmaları daha da intensivləşdirib. Qarabağlı separatçıların xuntası hazırda faktiki olaraq mövcud lider Araik Arutyunyanın və Rusiya Federasiyasının Xankəndiyə ezam etdiyi Ruben Vardanyanın başçılıq etdiyi iki düşmən qruplaşmaya bölünüb.

A.Arutyunyan qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmağa çalışsa da, radikal addımlar atmağa tələsmir. Rəsmi Bakının heç bir şərtlə və formatla onunla danışıqlar aparmayacağını, reinteqrasiya müzakirələrinin yerli erməni icmasının nüfuzlu nümayəndələri ilə olacağını bilən A.Arutyunyan anlayır ki, belə danışıqların başlanması onun hakimiyyətinin çökməsi deməkdir. Çünki qarabağlı ermənilər problemlərini həll edəcək qüvvə qismində onu və komandasını yox, bilavasitə danışıqlara qatılan şəxsləri görəcəklər.

Amma Araik Arutyanyan qarabağlı ermənilər üçün ərzaq məhsulları, gündəlik tələbat malları, yanacaq və s.-nin Ağdam-Xankəndi marşrutu ilə daşınmasını dja istisna etmir.

Xankəndindəki ermənilər iddia edirlər ki, həmin marşrut ən yaxın vaxtlarda istifadəyə verilə bilər.

Daxili qarşıdurmada A.Arutyunyanı qarabağlı ermənilərin “könüllülər dəstəsi”nin komandiri Karen Matevosyan dəstəkləyir.

Separatçıların “parlament”ində Araik Arutyunyanın mümkün istefası məsələsi müzakirə ediləndə icclas zalına daxil olaraq “Burada Arutyunyanın istefasını tələb edənlər, istəyənlər kimlərdir?” soruşan silahlı “könüllülər”in başında duran da məhz K.Matevosyan idi.

K.Matevosyanın dəstəsinin üzvləri A.Arutyunyanın istefasını, “hakimiyyət”dən kənarlaşdırılmasını istəyənləri döyür, hədələyir, qorxudurlar.

Ruben Vardanyan və dəstəsi isə Araik Arutyunyanın təcili, təxirəsalınmaz şəkildə istefa verməsini tələb edirlər.

Onların dediklərinə görə, qarabağlı ermənilərin üzləşdikləri mövcud situasiyadan iki çıxış yolu qalıb: ya Araik Arutyunyan istefa verməli, ya da ərzaq, gündəlik tələbat malları, dərman preparatları və yanacağın Ağdam-Xankəndi marşrutu ilə daşınmasına başlanacaq.

A.Arutyunyan istefa vermək niyyətində olmadığından rəsmi Bakı ilə danışıqlar üçün yeni heyət formalaşdırmaqla məşğuldur. Onun məqsədi Ağdam-Xankəndi marşrutunun işə salınmasına nail olmaq, blokada və humanitar problemlər kimi ermənilərin təbliğ edərək propaqanda apardıqları məsələləri həll edərək aradan qaldırmaq, istefasını tələb edənləri, xüsusilə də Ruben Vardanyanı susdurmaqdır.

Beləcə, Ermənistanın baş naziri Nikol Paşinyanın qarabağlı ermənilərlə bağlı ssenarisi gerçəkləşəcək və rəsmi İrəvan onillərdən bəri çözməyə çalışdığı, amma çözə bilmədiyindən indi ballast saydığı məsələdən qurtulacaq. Paşinyan komandasının planı budur və əsas məsələ qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı danışıqlar prosesini maksimum uzatmaqdır.

Ruben Vardanyansa fərqli mövqe tutub. O, reinteqrasiya danışıqlarının Ermənistan, Rusiya Federasiyası, qarabağlı ermənilər və Azərbaycandan ibarət “dördlü format”da keçirilməsi tələbi ilə çıxış edir.

Rəsmi Bakının bu absurd və idiotik tələbi qəbul etməyəcəyini bilən R.Vardanyan danışıqlardan imtina edən tərəf qismində Azərbaycan hakimiyyətini qələmə vermək niyyətindədir.

Rusiyanın hakimiyyət dairələrindəki məlum siyasi elitanın Xankəndinə konkret tapşırıqlarla yolladığı R.Vardanyanın qarşısına qoyulmuş əsas tələb Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək, qarabağlı ermənilərin separatizminin daha da aktivləşdirilməsi və situasiyanın maksimal dərəcədə gərginləşdirilməsidir.

Məhz bu səbəbdən R.Vardanyan son müsahibələrində və videomüraciətlərində “qarabağlı ermənilər heç nəyi heç kimə güzəştə getməyəcəklər, güzəşt yerimiz yoxdur, tələbimiz təkdir – dünya birliyi müstəqilliyimizi tanımalıdır” tipli şüarlar söyləyir.

Reallıq isə budur ki, qarabağlı ermənilərin yaşamı, istəkləri və perspektivləri Ruben Vardanyanı əsla maraqlandırmır. O, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərdən yalnız Ermənistanda Nikol Paşinyanı kənarlaşdırıraq hakimiyyətə yiyələnmək yolunda vasitə qismində istifadə etmək niyyətindədir.

A.Arutyunyan kimi, R.Vardanyan da hesab edir ki, Xankəndindəki xunta siyasii xaos içindədir, Bakının tutduğu qətiyyətli mövqe səbəbindən yerli separatçılar üçün normal çıxış yolu qalmayıb və indi situasiyada hakimiyyət uğrunda mübarizə optimal variantdır.

Qarabağlı ermənilərin “parlament müxalifətinin nümayəndəsi” olduğunu deyən Marsel Osipyanın sözlərinə görə, Araik Arutyunyan məhz bu səbəbdən indiyədək anbarlarda saxladağı ət, ət və toyuq məhsullarını dünən bazarlarla dükanlara çıxararaq satdırmağa başlayıb.

Osipyanın ritorikasının müəllifi Ruben Vardanyandır. Erməni əsilli rusiyalı milyarder A.Arutyunyanla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyannın planlarını pozmağa çalışır.

Separatçılarla Paşinyan öz aralarında istədikləri qədər intriqalar apararaq müqavimət yolları araya bilərlər.

Reallıq bəllidir.

Hazırda RSK nəzarətində olan ərazilərdə doğulmayan, erməni işğalının olduğu 30 il ərzində həmin ərazilərə köçərək məskunlaşmış bütün – istisnasız olaraq – şəxslər Azərbaycanı tərk etməlidir.

Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiyaya başlamalı, ölkəmizin ümumvətəndaşlıq pasportunu almalıdır.

Marionet Ruben Vardanyana gəldikdə isə, onun sonrakı taleyi ayrı məsələdir…

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button