Uncategorized

Separatçılar vəziyyəti daha da gərginləşdirir – Beynəlxalq Qızıl Xaç Komitəsi qondarma rejimlə gizli sövdələşməyə girdi?

Bərdə-Ağdam-Xankəndi yolu ilə Rusiya Qızıl Xaç komitəsinin avtomobillərinin hərəkət etməsi Azərbaycan konstitusiyasına tam uyğundur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, hazırki vəziyyətdə bu güclərin hərəkətinə maneə törədilməsi yolverilməzdir.

“Seperatçıların tör-töküntüləri hələ də bu avtomobilin keçidinə imkan vermirsə, bu vəziyyəti daha da gərginləşməsinə səbəb olacaq. BQXK həm də üzdə buna təkan verməyə çalışır, lakin süni maneələrin törədilməsi geniş vüsət alır. Ümumilildə BQXK bu addımları ilə sülhə və təhlükəsizliyə məhdudiyyətlər yaradır. Düşünürəm ki, qərbin maraq mənafeələrini müdafiə edən Qızıl Xaç həm də geosiyasi oyunlarda alət kimi iştirak edir. Əslində isə bu təşkilatın missiyası humanitar fəaliyyəti təşkil edib dəstək olmaqdır.

Tezliklə humanitar yüklər öz məqsədinə çatmalıdır. Bununlada biz bütün “humanitar blokada” şoularının iflasını görəcəyik”,- deyə İ.Hüseynov bildirib.

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının bu gün səhər saatlarından etibarən Ağdama, oradan isə Əsgərana daxil olmasının təmin ediləcəyi gözlənilirdi. Lakin hələ də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Əsgərana daxil olması təmin edilməyib. Rusiya Qızıl Xaçının ərzaq maşını hazırda Bərdədə dayanıb. Bu maşın Ağdam-Xankəndi yolu ilə Xankəndinə hərəkət etməli olduğu halda, hələ də hərəkət etmir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button