Uncategorized

Separatçıların “nəfəsliyi” birdəfəlik bağlana bilər – Ermənilər öz taleyini yazır

Təəssüflər olsun ki, sərhəddə vəziyyət gərginləşib. Bir tərəfdən sərhəddə tez-tez atışmalar baş verir, digər tərəfdən Qarabağda ermənilər aktivləşib əlavə gərginlik yaradırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-in suallarını cavablandırarlən iqtisad üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

“Bu da ondan xəbər verir ki, bu məsələdə maraqlı olan tərəflər var. Paşinyan da öz çıxışlarında bu gərginliyi özünəməxsus şəkildə yozur. Beləliklə, süni olaraq həm danışıqlara, həm də əldə olunan müəyyən razılıqların reallaşmasına maneəçilik törədir. Amma nə qədər də xarici qüvvələrin təsiri olsa da, əgər Ermənistan siyasi rəhbərliyinin istəyi olmasa, onlar bu gərginlikdən istifadə edə bilməyəcək. Deməli, burada yalnız xarici qüvvələrin istəyindən yox, Ermənistanın siyasi rəhbərliyinin iradəsindən də çox şey aslıdı”, – deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistan bu gərginliyə rəvac yaradır, istifadə edir və çox güman ki, bu gərginliyin yaradılmasında özləri də iştirak edir.

“Ona görə də məsələ təəssüflər olsun ki, regionda qeyri-stabil olaraq qalır. Düşünürük ki, Ermənistan yaxın müddətdə öz mövqesini dəyişəcək. Dəyişməsə, Azərbaycan tərəfinin mövqeyi bəllidir. Biz bunu heç vaxt gizlətməmişik. Əgər gərginlik davam etsə, Ermənistanla sərhədi heç vaxt açmayacağıq. Qarabağda yaranan süni gərginlik bizə başqa yol qoymur”,- deyə İ. Vəlizadə əlavə edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button