Ölkə

Separatçılarla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:

“Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button