Ölkə

Serdar Ortaç lüks villasını gözlənilməz qiymətə satışa çıxardı

Məşhur türkiyəli müğənni Serdar Ortaç son zamanlar yaşadığı maddi sıxıntıları ilə gündəm olub. İddialara görə, müğənni İstanbulun məşhur Sarıyer rayonunda yerləşən son evini də satışa çıxarıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ortaçın ev üçün istədiyi qiymət isə heyrət doğurub.

Məlumata görə, sənətçi illərdir yaşadığı evini 10 milyon dollara (340 milyon lirə) satışa çıxarıb. Həmçinin onun Caddebostan rayonuna köçmək qərarına gəldiyi də bildirilir.

Xatırladaq ki, keçmiş həyatına görə peşman olduğunu tez-tez dilə gətirən Serdar Ortaç son zamanlar “TikTok”da canlı yayımları ilə diqqət mərkəzində qalmağa davam edir.

Uzun illərdir MS xəstəliyi ilə mübarizə aparan müğənninin ötən aylarda yeriməkdə də çətinlik çəkdiyi müşahidə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button