Ölkə

Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirilmişdir

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XX əsrin görkəmli bəstəkarı, pianoçu və dirijor Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert-konfrans keçirilmişdir. Qara Qarayev adına konfrans zalında baş tutan tədbir “Solo oxuma və opera hazırlığı” kafedrası  və “Musiqi nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə baş tutmuşdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tədbirdə kafedra müdirləri – Xalq artisti, professor Xuraman Qasımova və Əməkdar müəllim, professor Könül Nəsirova  giriş sözü ilə  çıxış etmişlər. Xalq artisti Xuraman Qasımova bəstəkarın əsərləri haqqında fikirlərini bölüşərək, gənc musiqiçilərə dəyərli  tövsiyələrini vermişdir.  

Konsert-konfransda “Solo oxuma və opera hazırlığı” kafedrasının professorları, SSRİ Xalq artisti Fidan Qasımova,  Xalq artistləri Xuraman Qasımova və Gülnaz İsmayılova, Əməkdar artist İlham Nəzərovun tələbələri çıxış etmişdir. Gənc vokalçılar Səməd Novruzov,  Aydan Səfərli, Emin İsmayılov, Gülnarə Salmanova, Kənan Rəhmanzadə və Sara Tağızadənin ifasında S. Raxmaninovun vokal inciləri Əməkdar artistlər Rəna Ağayeva və Nigar Məlikova,  konsertmeysterlər Ülviyyə Əliyeva və Məryəm Yusifovanın müşayiətilə səslənmişdir. Konsertə görkəmli bəstəkar və pianoçu S.Raxmaninov, Azərbaycan opera sənətinin canlı korifeyləri, SSRİ xalq artisti Fidan Qasımova, Xalq artisti  Xuraman Qasımovanın videogörüntüləri və lent yazıları xüsusi zövq qatmışdır.

Tədbirdə Tarix-nəzəriyyə fakültəsinin magistrantları Nərmin Səfərli, Səma Nadirli, Mətanət Quliyeva, Gülnaz İslamzadə, Səmra Qazıyeva və Nəzrin Məcidzadə  dünya şöhrətli bəstəkarın yaradıcılığını işiqlandırdılar. Tələbələrin təqdimatı dosent Elmira Pənahovanın iştirakı ilə hazırlanmışdır. 

Konsert-konfransı BMA-nın prorektorları, Əməkdar müəllim, professsor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı Əməkdar müəllim, professor Gülzar Mahmudova və musiqi ictimayyəti böyük rəğbətlə qarşılamışdır.

İnformasiya dəstəyi –  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

 

 

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button