İdman

Serxio Ramos İstanbul nəhəngində – Razılığa gəlindi

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi ispan müdafiəçi Serxio Ramos ilə müqavilə imzalamağa yaxındır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, informasiyanı jurnalist Santi Una yayıb. 

Xəbərə görə, “qara qartallar” dünya və Avropa çempionu uğrunda mübarizədə “Qalatasaray”ı qabaqlayır. Məşhur futbolçunun “Beşiktaş”a keçməyə yaxın olduğu, Ramosun ətrafının İstanbul klubundan son təklifi gözlədiyi bildirilir. “Son təklif”ə gəlincə, Serxio “ağ-qaralar”ın rəhbərliyindən ildə 10 milyon avro maaş istəyir.

Xatırladaq ki, Ramos PSJ-dən ayrıldıqdan sonra azad agentdir. “Real Madrid”in əfsanəsi Fransanın paytaxtında keçirdiyi iki il ərzində 58 oyun keçirib və altı qol vuraraq iki liqa çempionu olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button