Ölkə

Sevda 3 aya 12 kiloqram arıqlayıb

“3 aydır pəhrizdəyəm, 12 kiloqram çəki atmışam”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva sosial media hesabında canlı yayım zamanı ona ünvanlanan sulları cavablayarkən deyib. O, yalnız pəhriz vasitəsi ilə arıqladığını vurğulayıb: 

“Hamiləlik dönəmində 33 kiloqram çəki almışdım. 74 kiloqram idim. İndi 62 kiloqram çəkim var. 5-6 kiloqram da arıqlasam, əvvəlki çəkimə qayıdacağam. Heç vaxt dərman və ya hansısa arıqlama çayları içməmişəm. Buna qarşıyam. Hətta vitamin belə içəndə həkimdən məsləhət alıram. Çünki vitaminin özü belə dərmandır. Gic-gic dəmanlar atmıram.

Düzgün qidalanaraq arıqlaya bilərsiniz. Əgər zob xəstəliyiniz varsa, diabetdən zəiyyət çəkirsinizsə, “D” vitamininiz çatışmırsa, onda pəhrizdə çətinliklər ola bilər. Bunlar normadadırsa, pəhrizlə arıqlamaq mümkündür. Təbii ki, bu nəticə təkcə dieta ilə olmur. Kardio da vacibdir. Mütləq yürüş etməlisiniz. Vacib deyil ki, idman zalında 5 saat tər tökəsiniz. Axşamlar yürüş etmək olar. 1 saat gəzmək pəhriz yeməklərinin funksiyasını gücləndir. Canımı çox istəyirəm. Dərman, iynə, gic-gic şeylər, naməlum çaylar, kofelər mənlik deyil. İçim sonra da şoka, zada düşüm”.   

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün 2 qız övladı var. 

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button