Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç – ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.
Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın.
Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.
Buğa – sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.
Günün ikinci yarısında işdə rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.
Ailədəki mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli davranın.
Əkizlər – daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.
Günün ikinci yarısı kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar.
Yaxınlarınız sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə ailə üzvləriniz sevinəcəklər.
Xərçəng – yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.
İstək və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza səbəb yaratmayın.
Şir – pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.
Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın.
Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.
Axşam saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin. Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə çalışın.
Qız – ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.
Günün ikinci yarısında qarşınıza real hədəflər qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə ailə işlərinin bəzilərini təxirə salmaq olar.
Günün ikinci yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Tərəzi – gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.
Günün ikinci yarısınşa iştahınıza hakim olun. İdeal tərəfdaş və tam sadiq müttəfiq aramayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Səmimi olmağa çalışın.
Əqrəb – yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla təhlükəsizlik hissini gücləndirə bilərsiniz.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat peşəkar fəaliyyət sahəsində irəliləyişlə yanaşı, əlavə gəliri də təmin edə bilər.
Axşam saatlarında stressdən qurtulun. Yaxınlarınızla birlikdə istirahət edin.
Oxatan – işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil. Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.
Günün ikinci yarısında sakitləşin. Fəaliyyət aktivliyini bir qədər azaltmaq da olar. Situasiyaya bir qədər fərqli baxın.
Cari məişət qayğılarını çözmək gərəkdir. Axşam saatlarında müttəfiq və tərəfdaşlarla görşün. Romantik təmasları ertələyin.
Oğlaq – diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.
Günün ikinci yarısında nüfuzunuza xələl gətirə biləcək addımlar atmayın. Ailədəki mühiti yaxşılaşdırmaq üçün əlverişli zamandır. Harmonik münasibətlər ailə üzvləri ilə təmaslardakı müəyyən çətinlikləri aradan qaldıracaq.
Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq.
Dolça – yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın.
Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin.
Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir.
Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin.
Balıqlar – bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın.
Günün ikinci yarısında romantik hisslər, təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq gərəkdir.
Normal istirahət etməyə çalışın.
Milli.Az