Ölkə
Sevil Vəliyevadan QADAĞA: “Mahnılarımı avtomobildə səsləndirməyin”
“Artik & Asti” qrupunun müğənnisi Sevil Vəliyeva avtomobildə mahnılarının səsləndirilməsini qadağan edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə “Life Shot” məlumat yayıb.
“Görünür, hətta sənətçinin özü də bu mahnılardan yorulub, çünki onun sürücülərinə avtomobildə “Artik & Asti”nin treklərini səsləndirmək qadağan edilib”, – nəşr yazır.
Söhbət müğənnini hotelə aparıb-gətirən sürücülərdən gedir. Onlara siqaret çəkmək də qadağandır.
Bundan əvvəl Sevil Vəliyevanın Federal Vergi Xidmətinə (FTS) bir milyon rubldan çox borcu olduğu bildirilirdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun