Ölkə

Şeytanın fitnəsini vaxtında hiss edən alim

“Məfatihül-cinan” kitabının müəllifi, böyük hədis alimi Şeyx Abbas Qummi təvazökarlığı, sadəliyi ilə məşhur idi. Ramazan ayında müasirləri ondan xahiş edirlər ki, Məşhəddəki Gövhərşad məscidində camaat namazına imamlıq etsin.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Mühəddis Qummi əvvəlcə bu işin məsuiyyətli olduğunu söyləyib etiraz edir, axırda camaatın israrı qarşısında əlacsız qalıb razı olur.

Namazlara imamlıq etməyə başlamasından heç on gün keşməmişdi ki, məscidə gələnlərin sayı dəfələrlə artır. Ətraf məhəllələrdən də camaat Mühəddis Qumminin namazlarına qatılmaq üçün axışıb gəlməyə başlayır. Amma alim qəfildən namazlara imamlıq etməkdən imtina edir və bir daha camaat namazına gəlmir.

Bir nəfər Mühəddis Qummidən bu hərəkətin səbəbini soruşur. Alim cavab verir: “Conuncu dəfə namaza imamlıq edəndə arxamdakıların təkbir səsini eşitdim.

Bu səsin çox yüksək olması məni sevindirdi. Ürəyimdə özümdən razılıq hiss etdim, fəxr etdim ki, gör arxamda nə qədər adam durub namaz qılır.

Bu qədər adam mənim xatirimi əziz tutub, başqa yerdə yox, mənim imamlıq etdiyim məsciddə namaz qılır. Bu zaman anladım ki, qəlbimə riya daxil olub.

Başa düşdüm ki, namazı Allaha yaxınlıq yox, özümdən razılıq niyyəti ilə qılıram. Buna görə daha özümü imam-camaatlığa layiq görmürəm”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button