Ölkə

Sifarişlə çatdırılan xəstəliklər…

Son illər, xüsusilə pandemiya dövründə dünyada olduğu kimi, Azərbaycanda da çatdırılma xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, indi demək olar ki, hər kəs oturduğu yerdən istədiyi qida məhsulunu çatdırılma xidmətindən istifadə etməklə rahat və tez əldə etmək istəyir. 

Ancaq təssüf ki, sürətlə genişlənən bu xidmət sahəsində kifayət qədər ciddi problemlər də var.

Bununla bağlı gündəlik sosial şəbəkələrdə kifayət qədər şikayətlərə rast gəlirik. Şikayətlərin də əsas məğzi bu olur ki, qida məhsulları çatdırılan zaman sanitariya norma və qaydalarına riayət edilmir, sifariş olunan məhsul yararsız hala düşür, əzilir, donmuş məhsul isə əriyir.

Bu azmış kimi, qida məhsulları bəzi hallarda xüsusilə kəskin qoxulu yuyucu kimyəvi vasitələrlə birgə daşınır.

Bəs, problemin çıxış yolu nədədir? Ümumiyyətlə, qida məhsullarının daşınmasına dair tələblər nədən ibarətdir və daşımma zamanı hansı qaydalara əməl olunmalıdır?

Dünya praktikasına nəzər yetirəndə belə qənaətə gəlmək olur ki, qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar-gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməli və çirkləndiyi halda təmizlənmə və dezinfeksiya tədbirləri aparılmalıdır. 

Həmçinin nəqliyyat vasitələrinin yük bölmələri qida məhsullarından başqa digər məhsulların və əşyaların daşınması üçün istifadə edilməməlidir. Bu, əsas tələblərdən biridir! Müxtəlif qida məhsullarının eyni nəqliyyat vasitələri, konteynerlər və ya çantalarla birlikdə daşınması zamanı fərqli məhsulların bir-biri ilə təmasına, qida məhsulunun çirklənməsinə və orqanoleptik (qidanın dadı, qoxusu) xüsusiyyətlərinin dəyişməsinə səbəb olan şəraitin yaranmasına yol verilməməlidir. Əks halda bu, insan orqanizmində ciddi fəsadlar törədir.

Tez xarab olan məhsullar yalnız xüsusi izolyasiya edilmiş qablarda və xüsusi temperatur şəraiti olan avadanlıqlarda daşınmalıdır. 

Həmçinin təzə hazırlanmış və dondurulmuş qidaların daşınması və müştərilərə çatdırılması üçün istifadə olunan çantalar çarpaz çirklənmə ehtimalının az olduğu və təmizlənməsi mümkün olan materiallardan hazırlanmalıdır. Bu daşınma çantaları hazır isti yeməklərin daşınması üçün temperaturu +60°C-dən aşağı olmayan, soyuqda saxlanması tələb olunan tez xarab olan məhsulları isə +5°C-dən yuxarı olmayan şəraitdə saxlayaraq yeməyin çatdırılmasını təşkil etməyə imkan verməlidir. Ümumiyyətlə məhsulların daşınması üçün çantaların keyfiyyətini təyin edən əsas parametrlərə aşağıdakılar daxildir:

– temperaturun 3 saat və ya daha çox müddət saxlanması;

– zərbəyə davamlılığı;

– kimyəvi təsirsiz olması;

– möhkəmlik: deformasiyaya uğramadan yükə tab gətirməsi;

– asan boşaltama və yükləmə xassəsi;


– asan yuyula bilən olması.

Daşınma zamanı düzgün çanta seçmək üçün məhsulun həcmini, çantanın içərisində saxlanma müddətini və daşınma xüsusiyyətlərini nəzərə almaq lazımdır. 

Qida daşınma çantasına çirklənmə riskini minimuma endirəcək şəkildə yerləşdirilməlidir. Bu məqsədlə qida məhsulu çirklənmədən qoruyan, orqanoleptik xüsusiyyətlərə mənfi təsir göstərməyən materiallardan hazırlanan vasitə və ya tara ilə qablaşdırılmalı, daha sonra çantaya yerləşdirilməlidir. Qablaşdırma məqsədilə qida qablarından, nahar qutularından və digər vasitələrdən istifadə oluna bilər. 

Daşınma çantaları ehtiyac yarandıqda temperatura nəzarət cihazı ilə təmin olunmalıdır.



Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button