Şirvanda dəhşətli hadisə – 13 yaşlı məktəblini…
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğuya cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
———
20:25
Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 2010-cu il təvəllülü Allahverdizadə Şakir Həsənxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun məktəbli yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun