Ölkə

“Sizi mələdəcəyəm” – Roza onları polisə şikayət etdi

“Yoruldum: “trollar”, saxta səhifələri yaradan, millətin fikrini yönəldən, həyatı bir yerimin müzakirəsini etməkdən ibarət olan, bir neçə nəfər, ağıllı olun. İP adresləriniz artıq lazimi orqanlardan tapılıb. Çörəyimizi yeyib, bacı deyənlər…”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli açıqlamasında deyib. İfaçı sosial şəbəkədə ona saxta profillərlə şərh yazanları polisə şikayət edib.

O bildirib ki, onu tənqid edənləri polis idarəsinə çağıracaqlar:

“Desəm, başa düşülər. “Bir mahnısı var” demək nədir? 24 ildir sənətdəyəm, işlədiyiniz müğənnilərdə heç məndə olan arxiv yoxdur. Çox ulduzlarınızın sponsoru mən olmuşam. Sizi mələdəcəyəm, qanun çərçivəsində. Bilirsiniz sosial media, internet tərəfindən qoyulan qanunlar var. Səhifə açıb 3-4 banlayanları reklam edirsiniz. Kişilikdən əlamətiniz yoxdur, saxta profil açıb, kişi şəkli qoyursunuz. İndi ora qoyduğunuz fotoların da araşdırması gedəcək, özləri dəvət olunacaq və onlar da sizi mələdəcək. Ödənişinizi də bilirik, ağıllı olun”. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button