Siyasət

Slovakiya Ağdamın Qərvənd kəndində “Ağıllı kənd” layihəsi hazırlayıb

Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verməkdir. Slovakiya və Azərbaycan arasında dostluq münasibətlərindən əlavə iqtisadi əlaqələri də yüksəltmək niyyətindəyik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Slovakiya Respublikası Milli Şurasının Sədri Boris Kollar jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Slovakiya tərəfindən Ağdam rayonunun Qərvənd kəndində “Ağıllı kənd” proyekti hazırlanıb və bununla bağlı görüşlər olacaq.

“Azərbaycanla yaxın əlaqələrin olması bizim üçün çox önəmlidir. Ölkənizlə ticari, eyni zamanda, iqtisadi əlaqələri yeni mərhələyə daşımaq niyyətindəyik”, – deyə Boris Kollar vurğulayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button