Ölkə

Şok olay: Kotlet yeyən üç yaşlı uşaq öldü: “Sonra pişik balası…”

Krasnoyarsk diyarında üç yaşlı uşaq kotlet yedikdən sonra ölüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə “SHOT” məlumat yayıb.

Nəşrin məlumatına görə, mərhumun valideynləri evdə mal ətindən kotlet hazırlayıblar. Çoxuşaqlı ailə iki kotleti elektrik manqalında qızardıb, birini mətbəxdə oynayan kiçik oğluna verib. Tezliklə uşaq qarın ağrısından şikayətlənib və qusub.

Valideynlər körpəni kənd feldşer məntəqəsinə aparıblar, oradan da onu rayon xəstəxanasına aparmaq üçün helikopter çağırılıb. Amma helikopter gələnə qədər uşağın dodaqları göyərib və ölüb.

Kotletlərin hazırlandığı yerdə qalan mal əti, piy və nitrit duzu ekspertizaya göndərilib.

Mərhumun anasının sözlərinə görə, hamı xəstəxanaya gedəndə evdə yalnız yerdə qalan kotletin qalıqlarını yeyən pişik balası qalıb. Tezliklə o da ölüb.

Uşağın ölümü ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button