Ölkə

Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib

Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edərək öz fəaliyyətlərini davam etdirmək istəyirlər. Onlar real insanların fotolarından istifadə edərək mesajlaşır, pul və digər tələblər irəli sürürlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə halla qarşılaşanlardan biri də Sünbül Hüseynovadır.

Sünbül Hüseynova deyib ki, etdiyi xəbərdarlıqdan sonra onun şəklini silib başqa birinin fotosunu paylaşıblar.

Oxşar hadisə Xəyalə Şahlarlının da başına gəlib. Onun adına saxta həm “facebook”, həm də “Instagram” profili açaraq, dələduzluqla məşğul olublar və onun yaxınlarına müxtəlif məzmunlu mesajlar da göndəriblər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, hər hansı bir şəxsin adından, etibarından istifadə edən dələduzlar həm də qarşı tərəfə müxtəlif virtual viruslar ötürə bilərlər. 

Ekspert deyir ki, belə hallarla mübarizə aparmağın yeganə yolu həmin sosial şəbəkəyə müraciət ünvanlamaqdır.

Xatırladaq ki, hər hansı şəxsin adına hesab açılaraq təhqir, şərəf və ləyaqətin alçaldılmasına yol verilərsə, həmin dələduz Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button