Ölkə

“Söydüyünüz qız övladlığa götürdüyü uşaqların analarının dəfnini özü edib”

“Sosial şəbəkələrdə söydüyünüz qız (özünü nəzərdə tutur – red.) övladlığa götürdüyü Corc və Jerar Qafarov qardaşlarının analarının dəfnini də edib. O kişinin qızıyam ki, öz övladım ola-ola 3 övlad böyütmüşəm və cəmiyyətdə də normal uşaqlardırlar”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET


Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi sosial şəbəkədə onu övladlığa götürdüyü Corc və Jerar Qafarova görə tənqid edənlərə sərt şəkildə cavab verib:

“Bir müddət əvvəl sosial şəbəkə vasitəsi ilə bütün mediaya səsləndim. Onlarda sağolsunlar mənim səsimi eşitdilər və artıq Qafarov qardaşlarını yanında mənəvi analarının (özünü nəzərdə tutur – red.) yazmırlar. Həyatda heç kimə hesabat verməmişəm və həyatda heç kimdən də qorxmamışam. Qorxudum Allah və atam olub. Mən o uşaqları himəyəmə götürəndə onları rayona atamın yanına apardım. Atam onları görüb “Bu uşaqları kimdir?” sualını verdi. Çünki mənimlə çalışan bir çox insanları atamın yanına aparmışam. Cavab verdim ki, bu uşaqlar sənin nəvələrindir. Ona sonra danışdım ki, onların anasını və atasını axtarıram. Uşaqların anası mənim əlimdə rəhmətə gedib. Sosial şəbəkədə söydüyünüz o qız himayəsinə götürdüyü həmin uşaqların anasını dəfn edib. Nə isə… Atam mənə dedi ki, onların atası mənəm, götür mənim adımı onların üzərinə yaz”.

Bir müddət əvvəl Jerar Qafarov sosial şəbəkə hesabında paylaşım edərək işsizlikdən şikayət etmişdir. O bu səbəbdən pulsuz qaldığını və yeməyə çörək tapmadığını bildirmişdi. Sözügedən məsələyə Roza belə münasibət bildirib:

“Əslində Jerar fikirlərini düzgün şəkildə ifadə edə bilməmişdi. Hamı yazdı ki, necə ola bilər ki, sən Roza Zərgərlinin oğlusan və niyə marketdə işləyirsən? Amma vurğuladıqları bizim oxuduğumuz kimi çıxdı. O sözləri yazandan sonra Jerara pul göndərdim. Mənim bioloji qızım Bənövşənin 26, Corcun 29, Jerarın 24, Natavanın isə 30-a yaxın yaşı var. Bənövşə çalışır və özü ev kirayəsinin pulunu ödəyir. O bunu edir ki, qürurundan anasından pul almasın. Məncə mənim mənəvi oğullarım artıq o yaşdadırlar ki, onlar mənə baxmalıdırlar. Mən isə onlara yox. Heç kimə haqq vermirəm ki, bizi müzakirə etsin. Övladlarım artıq 3 ildən çoxdur ki, özləri özlərini dolandırırlar və öz ayaqlarının üzərində dururlar. Onlar 100 yaşına qədər Roza Zərgərlinin övladlarıdır deyə səslənməməli, yazılmamalıdır. Karaokedən çıxan xanım müğənnilərdən biri var idi. Nələrsə yazmışdı və məndə onun yazdığına şərh yazmışdım ki, 1-2 aylıq onlar sənə verirəm. Götür görüm saxlaya biləcəksən mi… Camaat qarnından çıxan övladdan imtina edir. Mən o kişinin qızıyam ki, öz övladım ola-ola 3 övlad böyütmüşəm və cəmiyyətə normal övlad vermişəm. Ona görə də ağıllı olun. Mən sizin müzakirə obyektiniz ola bilmərəm çünki siz mənim səviyyəmdə deyilsiniz”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button