Ölkə

“Soyunub geyinmə otağımda qəlyançılar olmalıdır”

Rus mediası məşhur reper Ciqanın dəvətlərə qatılmaq üçün tələb etdiyi rayderi yayımlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, musiqiçi dəvət alarkən böyük bir siyahı təqdim edilir. əgər təşkilatçı razılaşarsa, o zaman Ciqan dəvəti qəbul edir. 

Reperin ilk tələbi avtoqraf verməmək, foto çəkdirməməkdir. Əgər təyyarəyə minirsə, mütləq biznes-klass olmalıdır. Onu qarşılamaq üçün “Maybach” markalı avtomobil gəlməlidir. Özü də ili 5 ildən çox olmamalıdır. Sürücü sakit olmalı, onunla danışmamalıdır. Avtomobilin içərisi dəridən olmalıdır.

Soyunub-geyinmə otağında Ciqanın iki qəlyanı və onu hazırlayan şəxs olmalıdır. Qəhvə, meyvə və şirələr, toyuq, tərəvəz, pendir, müxtəlif növ sendviçlər, çərəz masaya qoyulmalıdır. Yeməklərdə donuz əti olmamalıdır. Avtomobildə spirtli içkilər mütləqdir. Eyni zamanda kürü qoyulmalıdır. Beşulduzlu oteldə ən lüks otaqda qalmalı və otağı qırmızı rəngdə olmalıdır. Otağın yanındakı beş otaq da bron edilməlidir. Bu, onun işçiləri üçündür. Eyvanın olması isə mütləqdir. Reperin cangüdənləri olmalıdır. Səhər yeməyi otağa gətirilməlidir. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button