“Sprinter” ilə toqquşan “KamAZ” aşdı – Ölənlər və xəsarət alanlar var – YENİLƏNİB – VİDEO – FOTO

"Sprinter" ilə toqquşan "KamAZ" aşdı - Ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO - FOTO

15:26

Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə bu gün saat 13:05 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu, Sığırlı kəndi ərazisindən keçən 174-cü kilometrliyində baş verib.

“Mercedes” markalı, 90-ZD-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı, 66-BH-162 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan 3 nəfər sərnişin dünyasını dəyişib, 3 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

——-

15:10

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes Sprinter” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub. Zərbənin təsirindən “KamAZ” aşıb. Hadisə zamanı 8 nəfər xəsarət alıb, 2 nəfər ölüb. Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Araşdırma aparılır.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir