Uncategorized

“Sputnik” rəhbərinin “macəra”sı: Bakıda rüsvay oldu – Kişineudan da qovuldu

Rusiyanın “Sputnik” informasiya agentliyinin Moldovadakı bölməsi olan “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov ölkədən deportasiya olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Kişineuda onun mənzilinə yollanan rəsmilər V.Denisova Moldovanı mümkün qədər tez tərk etməyi tələb ediblər.

V.Denisova yaxın 10 il ərzində Moldovaya giriş yasaqlanıb.

Deportasiyaya səbəb kimi “Vitali Denisovun Moldovanın milli təhlükəsizliyii üçün təhdid yaratdığı” göstərilib.

V.Denisovun ölkədən təcili çıxarılması ilə bağlı qərar sentyabrın 6-də verilsə də, rusiyalı “jurnalist”ə sentyabrın 13-də təqdim olunub.

Denisovun özünün dediyinə görə, Moldovanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ona əşyalarını yığmağa belə, imkan verməyərək dərhal aeroporta aparıb təyyarəyə mindiriblər.

“Səhər yatmışdım. Qapının zəngi çalındı. Açanda dedilər ki, Miqrasiya Xidmətinin əməkdaşlarıdır, sənədlərini göstərdilər. Yığışıb onlarla getməyimi istədilər. Əşyalarımı belə, toplaya bilmədim. Yolda, maşında mənə “Moldova Respublikasının milli təhlükəsizliyi üçün təhdid kəsb edən şəxs qismində ölkəni tərk etmək məcburiyyətimin yazıldığı sənəd göstərdilər. Dedilər ki, bundan sonrakı 10 il ərzində Moldovaya gedə bilmərəm”, – V.Denisov söyləyib.

“Sputnik”in daxil olduğu “Rossiya Seqodya” mediaqrununun baş direktoru Dmitri Kiselyov hesab edir ki, “Vitali Denisovu qovmaqla Moldova bütün sərhədləri aşır”.

Vitali Denisov Kişineudan əvvəl Bakıda işləyib, “Sputnik”in ölkəmizdəki nümayəndəliyi olan “Sputnik Azərbaycan”ın baş direktoru olub.

Bakıda işdən qovulmasının səbəbi isə redaksiyanın fəaliyyətini iflic duruma salması idi. Xatırladaq ki, həmin dönəmdə “Sputnik”i 4 redaktor tərk etmişdi.

Redaktorlar “Sputnik Azərbaycan”ın aşkar anti-Azərbaycan təbliğatı ilə məşğul olmasına etiraz etmişdilər.

Daha sonra bir neçə nəfər əməkdaş da etiraz əlaməti olaraq “Sputnik Azərbaycan”dan işdən çıxmışdılar.

O dönəmdə “rəsmi versiya”ya görə, V.Denisov “RİA Novosti” informasiya agentliyinin saytına Azərbaycanda qoyulmuş “blokada”nı aradan qaldıra bilmədiyinə görə işdən qovulmuşdu.

Bunu “Sputnik Azərbaycan”ın əməkdaşlarına redaksiyada söyləmişdilər.

Vitali Denisov Bakıya separatçı rejimin hökm sürdüyü Cənubi Osetiyadan gəlmişdi.

Görünür, Moskvada belə qərara gəlmişdilər ki, V.Denisov Gürcüstan ərazisi olan, amma faktiki Rusiyanın işğalındakı Cənubi Osetiyada işləyə bilibsə, Bakıda da çalışa bilər.

“Sputnik Azərbaycan”ın fəaliyyətini Moskvada tam uğursuzluq hesab edirlər, çünki yerli redaksiya ölkəmizin informasiya məkanında yer tuta bilməyib, bilməyəcək də.

“Sputnik Azərbaycan” ölkəmizin əsas xəbər saytlarından biri olmağa can atsa da, əldə etdiyi nəticə Moskvanın primitiv, bəsit propaqandasının aparıldığı bir sayt kimi qaldı.

Bakıdan qovulan, Kişineuda qolundan tutulub aeroporta aparılan V.Denisov bundan sonra görəsən, hara göndəriləcək?

Elçin Alıoğlu
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button