Ölkə

Su kanalları yaxınlıqda yerləşsə də, sahələr quruyaraq məhv olub…

Əkin sahələrini suvarmaq üçün su kanalları yoxdur. Sahələr qupquru qalıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Kürdəmir rayonunun Ərəbqubalı kəndindəndir. Bir qrup sakinin 80 hektara yaxın pay torpağı susuz qalıb. Həmin əraziyə suvarma kanalı çəkilmədiyindən sakinlər illərdir yağış sularına bel bağlayırlar.

Sakinlərin sözlərinə görə, onlara məxsus pay torpaqları ilə yaxınlıqdakı suvarma kanalı arasındakı məsafə 1 kilometrdir.

Məsələ ilə Kürdəmir Suvarma Sistemləri idarəsindən bildirilib ki, adıçəkilən kənddə torpaqların suvarılması və beton kanalın çəkilməsi üçün aidiyyatı üzrə müraciət olunub.

Mütəxəsislər əraziyə baxış keçiriblər, layihə işləri aparılıb. Maliyyə vəsaiti ayrılan kimi həmin pay torpaqlarına beton kanalın çəkilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button