Ölkə

Su polisi əməliyyat keçirdi – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qurumdan bildirilib ki, İdarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədiilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub.

“Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən kordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.

Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kilopqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər”, – məlumatda deyilir.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button