Ölkə

Sülh müqaviləsinin qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasındakı ərazi iddialarıdır

Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini və 5 əsas prinsipi təqdim edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Layihənin mühüm hissəsi danışıqlar prosesində razılaşdırılıb, lakin Ermənistan konstitusiyasında və bəzi digər normativ hüquqi tənzimləmələrdə hələ də Azərbaycana qarşı ərazi iddiaları var.

Eyni zamanda, heç kimə sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddialarının olduğu heç kimə sirr deyil.

Hazırda sülh müqaviləsinin tamamlanmasının qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”, – o qeyd edib.

Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button