“Sülh sazişinin mətni razılaşdırılmalıdır”

"Sülh sazişinin mətni razılaşdırılmalıdır"

Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələri açılmalıdır və əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılmalıdır. Sülh sazişi üzərində aktiv şəkildə işlər görülür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.

O, həmçinin “ikinci yol” adlanan xətt üzrə ekspertlərin, ictimai təşkilatların və parlamentarilərin əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

“Təcrübə bunu göstərir və hesab edirəm ki, bu etimadın möhkəmlənməsi üçün əlavə addım qismində olduqca mühümdür”, – o deyib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir