Siyasət

Sülhün təmin edilməsində dəstəyimizə arxalana bilərsiniz

Dünya ölkələri dəyişən beynəlxalq nizam fonunda dialoqa və mübahisələrin sülh yolu ilə həllinə çalışmalıdırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Asiya Təhlükəsizlik və Əməkdaşlıq Forumu zamanı BMT baş katibinin müavini, BMT-nin Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov deyib.

“Dünya nizamı dəyişir və daha da parçalanmış geosiyasi mənzərəyə uyğunlaşmağa ehtiyac var. Belə uyğunlaşma dialoq və daha sıx beynəlxalq əməkdaşlıq tələb edir. Bunlar ümumi əsasların tapılması, ümumi prioritetlərin müəyyən edilməsi, mübahisələrin sülh yolu ilə həlli və etimadın bərpası üçün vacib alətlərdir”, – deyə o bildirib.

Eyni zamanda, Voronkov qeyd edib ki, Mərkəzi Asiya ölkələri son 20 ildə iqtisadiyyatın, cəmiyyətin inkişafı və ümumi problemlərin, o cümlədən terrorizmin həlli üçün regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsində böyük irəliləyiş əldə ediblər. “BMT bu səylərə görə minnətdardır, siz sülhün, ümumi rifahın və insan hüquqlarının təmin edilməsində davamlı dəstəyimizə arxalana bilərsiniz”, – dünya təşkilatının baş katibinin müavini deyib.

Öz növbəsində, BMT Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Komitəsinin İcraçı Direktorluğunun icraçı direktoru Natalya Qerman vurğulayıb ki, terrorizmə qarşı mübarizə məsələsində Mərkəzi Asiya dövlətləri unikal alətdən – Birgə Fəaliyyətdən istifadə etmək imkanına malikdirlər: “Dövlətlərin terrorizmə qarşı potensialını artırmaq üçün terrorizmlə mübarizə sahəsində ixtisaslaşmış texniki yardım göstərmək üçün hazırlanmış BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasının həyata keçirilməsi planı mövcuddur“.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button